preloader

Strukturlaşdırılmış kabel şəbəkələri (SKŞ) hər müasir müəssisənin telekommunikasiya sisteminin əsasıdır və özündə lokal hesablama və telefon şəbəkələrini, təhlükəsizlik və videomüşahidə sistemlərini və s. cəmləşdirən universal məlumat ötürmə mühitidir. Strukturlaşdırılmış kabel şəbəkəsi – binanın və ya binalar qrupunun kabellərə, rozetkalara, mərtəbə, bina və binalar qrupu üçün paylaşdırıcılara malik olan kabel sistemidir. Strukturlaşdırılmış kabel şəbəkəsi – funksional təyinata görə müxtəlif olan bir çox informasiya servislərini vahid məkanda birləşdirməyə imkan yaradan binanın mühəndis strukturunun universal sistemidir.

Strukturlaşdırılmış kabel sisteminin təyinatı vahid kabel infrastrukturunun təşkilindən ibarətdir, hansı ki, sonradan lokal hesablama şəbəkəsi, telefoniya və videomüşahidə sisteməri, idarəetmə şəbəkələri, siqnalizasiya və məlumatın ötürülməsi və emalı üçün digər sistemlər tərəfindən istifadə edilə bilər.

SKŞ-nin adi kabel şəbəkələri ilə müqayisədə üstünlükləri:

  • Verilənlərin, səsin və videosiqnalın ötürülməsi üçün vahid kabel sistemi istifadə olunur;
  • Modul prinsipi əsasında qurulur və mövcud şəbəkənin bütövlükdə əvəz olunmasına ehtiyac olmadan dəyişikliklərin edilməsi və genişləndirmə imkanlarına malikdir;
  • Məlumatın ötürülməsi texnologiyalarında və aktiv avadanlığın növlərində dəyişikliklərdən asılı deyil;
  • Standart komponentlərdən və materiallardan istifadə edir;
  • Ən az sayda xidmət personalı tərəfindən idarə edilməsinə;
  • Bir şəbəkədə həm optik-lif və mis kabelinin birgə istifadəsi mümkündür;
  • İnvestisiyaların saxlanması şərtilə genişləndirmə imkanları;
Telefon

(+994) 50 777 77 35

ÜNVAN

M. Zeynalabdıyev küç. 8