Əgər həm zərif dizayn, həm də güclü texniki göstəricilər axtarırsansa, Asus Zenbook seriyası sənin üçün ideal seçim ola bilər. Bu noutbuklar yüksək performansı və ultra-portativ korpusu bir araya gətirərək, həm tələbələr, həm də peşəkar istifadəçilər üçün uyğun bir balans yaradır. Zenbook seriyası uzun batareya ömrü, sürətli SSD yaddaşı və Full HD/2K ekran keyfiyyəti ilə digər notebook-lardan fərqlənir. Həmçinin, alüminium korpusu və minimal çərçivəli ekranı ilə həm göz oxşayır, həm də istifadəçilər üçün rahat istifadə təcrübəsi yaradır.

 

Asus Notebook Zenbook 💻

Zenbook-un əsas üstünlükləri:

  •  Ultra nazik və yüngül dizayn
  •  18 saata qədər batareya ömrü
  •  Parlaq və canlı görüntü keyfiyyəti
  •  Harman/Kardon səs sistemi ilə təmiz audio təcrübəsi

ASUS Zenbook

Asus Zenbook qiyməti💰

Bəzən gözəl görünən cihazlar çox baha olur. Amma Asus Zenbook qiyməti, təqdim etdiyi xüsusiyyətlərlə müqayisədə çox balanslıdır. Yəni sən burada həm estetik, həm də funksional bir məhsula sərfəli şəkildə sahib olursan. Modeldən asılı olaraq qiymətlər dəyişir, amma ümumilikdə Asus Zenbook qiyməti orta və yüksək seqment arasında yer alır. Bu da onu həm fərdi, həm də iş üçün istifadə edənlər üçün əlçatan edir. Qiymətə təsir edən əsas faktorlar haqqındas bunları qeyd edə bilərik:

  • Prosessor növü: i5, i7, i9 və ya Ryzen
  • SSD yaddaş və RAM tutumu
  • Ekran ölçüsü və panel texnologiyası (OLED, IPS və s.)

🟢 Zenbook qiymətinə dəyər qatan cəhətlər:

  • Performansına uyğun qiymət
  • Davamlı texniki xidmət dəstəyi
  • Premium material və dizayn 

 

Asus Zenbook 14 gündəlik istifadə üçün ideal seçim

Asus Zenbook 14, nə çox böyük, nə də çox kiçikdir. Tam olaraq ideal ölçüdə və mükəmməl balansda hazırlanmış bir noutbukdur. 14 düym ölçülü ekranı ilə hər bir iş üçün mükəmməl uyğunlaşır. Bu modeldə xüsusilə diqqət çəkən cəhət, yüksək ekran-korpus nisbəti və Ergolift dizaynıdır. Ergolift klaviaturanı azca qaldıraraq həm yazma rahatlığı yaradır, həm də hava axınını artırır. Hava axınının olması isə cihazı isinmədən qoruyur və uzunmüddətli istifadə üçün daha uyğun edir. Kimlər üçün bu model uyğundur?

  • Tələbələr və müəllimlər
  • Gündəlik işini evdə və ofisdə görənlər
  • Dizayn və kontent hazırlayan şəxslər

 

🟢 Zenbook 14-ün fərqləndirici cəhətləri:

  • Kompakt gövdə, 1.3 kq çəkidə olması
  • NanoEdge ekran texnologiyası
  • Sürətli şarj və uzun batareya ömrü
  • Windows Hello üz tanıma ilə təhlükəsizlik sisteminin olması 

 

Asus Zenbook Duo💻

Bəli, Asus Zenbook Duo iki ekranla gəlir! Bu cihaz sadəcə bir laptop deyil o, yaradıcılıqla işləyən beyinlərin ikinci əli kimidir.

Əsas ekranla yanaşı klaviaturanın üstündə yerləşən ScreenPad Plus vasitəsilə eyni anda birdən çox tətbiqlə işləyə, video montaj edə və ya əlavə qrafik alətlərindən istifadə edə bilərsən. Duo modeli, xüsusilə dizaynerlər, foto-videoredaktor sevən istifadəçilər üçün hazırlanıb. Eyni zamanda bu brendin modelləri həm də vizula olaraq çox ideal görünür.

 

🟢 Zenbook Duo-nun üstünlükləri:

  • İki ekranla daha effektiv iş rejimi
  • Video montaj və yaradıcılıq üçün ideal seçim imkanı
  • Güclü prosessor və yüksək RAM dəstəyi
  • AI əsaslı səs izolyasiyası ilə onlayn görüşlər üçün mükəmməl vasitə olaraq üstünlük təşkil edir.