Texnologiya deyəndə ağla ən çox gələn şeylər kompüterlər, telefonlar və ya televizorlar olur. Amma bu cihazların işləməsi üçün görünməyən bir qəhrəman da var – o da koaksial kabeldir. Bu kabel, illərdir televizor, kamera və internet sistemlərinin arxa planındakı əsas bağlantı nöqtəsidir.

Koaksial kabel nədir? 

Koaksial kabel, içindəki əsas naqil və onu əhatə edən qoruyucu təbəqələr sayəsində elektrik siqnallarını sabit və itkisiz şəkildə ötürməyə imkan verir. Adındakı “koaksial” sözünün mənası da burdan gəlir ki, “oxboyu birləşmiş” struktura malik olması anlamını verir.

Kabelin quruluşu belədir:

  • İç naqil – siqnal ötürür
  • İzolyasiya – elektrik təsirini azaldır
  • Metal örtük (braid/shield) – müdaxilələrdən qoruyur
  • Xarici plastik təbəqə – fiziki müdafiə üçün əlverişlidir

 

Koaksial kabeldən harda istifadə edirlər?

Bu kabel həm evlərdə, həm də sənaye obyektlərində geniş istifadə olunur. Sabit siqnal və uzun məsafədə ötürmə imkanı yaratdığı üçün müxtəlif sistemlərdə ideal seçim sayılır. (Fiber Optik Kabel )

Koaksial kabel digər kabellərdən nə ilə fərqlənir?

Koaksial kabelin əsas üstünlüyü, siqnalın qorunması və müdaxiləyə qarşı davamlılığıdır. Məsələn, adi elektrik kabellərində siqnal kənar təsirlərdən zəifləyə bilər, amma koaksialda bu risk çox azdır.

Səncə, kamera və internet sistemində keyfiyyətli görüntü və sürət istəyirsənsə, hansı kabeli seçməlisən? Cavab bəllidir, təbii ki koaksial kabel! Ən etibarlı və keyfiyyətli koaksial kabelləri texniki dəstək və uyğun aksesuarlarla birlikdə AE Union-da tapa bilərsən!