Logitech, dünya üzrə məşhur kompüter aksesuarları və texnoloji avadanlıqlar istehsalçısıdır. Mouse, klaviatura, qulaqlıqlar, veb-kameralar və oyun aksesuarları təqdim edən brend, istifadə rahatlığı, yüksək performans və müasir dizaynı bir araya gətirir. Ev, ofis və gaming həvəskarları üçün ideal seçimlər təqdim edən Logitech məhsulları, Logitech mouse-ları yüksək keyfiyyət və davamlılığı ilə seçilir.
Logitech haqqında
Logitech, 1981-ci ildə İsveçrədə qurulmuş və texnoloji aksesuarlar sahəsində lider mövqeyə sahib bir şirkətdir. Brend kompüter və oyun aksesuarları, audio avadanlıqlar və ağıllı ev texnologiyaları sahəsində öndə gedən məhsullar təqdim edir.
- Geniş məhsul çeşidi ilə məhşur olan bu brend oyunçular, dizaynerlər və ofis işçiləri üçün fərqli modellərdə mouse və klaviaturalar təqdim edir. Qulaqlıqlar və audio sistemlərin üstünlüyü yüksək keyfiyyətli səs üçün optimallaşdırılmış texnologiyalarla hazırlanmasıdır. Veb-kameralar və streaming avadanlıqları isə onlayn görüşlər və yayım üçün peşəkar həllər təklif edir.
- İstifadə rahatlığı və müasir texnologiyaları siyahısına simsiz və bluetooth bağlantıları, süni intellekt əsaslı səs və görüntü optimallaşdırma texnologiyaları, erqonomik dizayn və uzunömürlü batareya ömrü daxildir.
- Gaming həvəskarları üçün premium məhsullar sırasına isə Logitech G seriyası və G PRO və LIGHTSPEED texnologiyaları daxildir. Logitech G seriyası oyunçular üçün yüksək həssasiyyətli və sürətli cavab verən cihazlar təqdim edir. G PRO və LIGHTSPEED texnologiyaları isə professional oyunçuların seçimidir.
Logitech, texnologiyanı həyatımızın hər sahəsində daha rahat və effektiv istifadə etməyə kömək edən məhsulları ilə fərqlənir. AE Union sizə Logitech-in ən son innovativ məhsullarını təqdim edir!
Logitech software
Logitech software, brendin avadanlıqlarının maksimum performansla işləməsini təmin edən proqram təminatıdır ki, bu da simsiz əlaqə, fərdi tənzimləmə, macro funksiyalar və iş axını optimallaşdırması üçün hazırlanmışdır. Bu məhsullar hansılardır və hansı üstünlüklərə sahibdir gəlin birlikdə baxaq:
🔹 Logitech G HUB və Logitech Options və onun üstünlüyü
- Gaming cihazları üçün G HUB, siçan və klaviatura parametrlərini dəyişmək üçün mükəmməl proqramdır.
- Logitech Options, ofis aksesuarları və multitasking üçün optimallaşdırılmış interfeysə malikdir.
🔹 LIGHTSYNC və RGB idarəetməsi
- RGB işıqlandırma və sürətli profil dəyişmə imkanı.
- Oyun və multimedia istifadəsinə uyğun fərdiləşdirmə seçimləri.
🔹 Batareya və enerji idarəetməsi
- Wireless cihazlar üçün enerji optimallaşdırma seçimləri.
- Batareya ömrünü artıran ağıllı idarəetmə funksiyaları.
Logitech software, cihazlarınızı tam idarə etmək və istəyə uyğun tənzimləmək üçün mükəmməl həll təqdim edir. AE Union olaraq sizə tam texniki dəstək və ən son Logitech proqramlarını təklif edirik!