Hisense tv haqqında 

Hisense TV, müasir televizor texnologiyalarında keyfiyyət, innovasiya və sərfəli qiyməti bir araya gətirən aparıcı markalardan biridir. ULED, QLED və Mini-LED kimi qabaqcıl ekran texnologiyaları, istifadəçilərə daha parlaq, rəngli və detallı görüntü təcrübəsi təqdim edir. Smart TV interfeysləri və süni intellekt əsaslı görüntü optimallaşdırması, Hisense televizorlarını həm fərdi istifadə, həm də biznes məqsədləri üçün ideal seçim edir. Netflix, YouTube, Amazon Prime və digər platformaları dəstəkləyən ağıllı funksiyalar, Hisense TV-ni modern evlərin ayrılmaz hissəsinə çevirir. Büdcəyə uyğun modellərdən premium seriyalara qədər geniş seçim imkanı, bu markanı həm müştərilər, həm də texnologiya həvəskarları üçün cəlbedici edir. AE Union sizə ən yeni Hisense TV modellərini sərfəli qiymətlərlə və rəsmi zəmanətlə təqdim edir!

Hisense televizor modelləri

Hisense televizor modelləri, bir çox amillərə əsasən fərqli ehtiyaclara və büdcəyə uyğun olaraq geniş çeşid təqdim edir. Demək olar ki hər bir model, ağıllı texnologiyalar, yüksək görüntü keyfiyyəti və istifadə rahatlığı ilə seçilir. Bu modellərər hansılar daxildir gəlin baxaq:

🔹 Hisense ULED televizorları, daha parlaq rənglər və yüksək kontrast səviyyəsi üçün inkişaf etmiş ULED panel texnologiyasına malikdir. Bu model Quantum Dot rəng artırma texnologiyası ilə real və canlı görüntülər təqdim edir. Dolby Vision və HDR dəstəyi vasitəsi ilə isə filmlərdə kinoteatr təcrübəsi yaratmaq mümkündür.

🔹 Hisense QLED Smart TV modeli, daha geniş rəng spektri və dərin kontrast səviyyəsi ilə fərqlənir. Bu modellərdə olan 120Hz və daha yüksək yenilənmə tezliyi, gaming həvəskarları üçün axıcı görüntü təmin edərir.

🔹 Hisense 4K və 8K TV modelləri, Ultra HD və 8K dəstəyi ilə istifadəçilərə təmiz görüntü keyfiyyəti təqdim edir. Android TV və Google TV platformaları ilə rahat interfeys olunması və süni intellekt əsaslı idarəetmə imkanı onu digər modellərdən daha üstün edir.

🔹 Hisense OLED TV modeli, ağıllı səs və görüntü optimallaşdırması ilə daha rahat istifadə təcrübəsi təqdim edir.

AE Union, sizə ən son Hisense TV modellərini təqdim edir və son model televizor texnologiyasını ən sərfəli qiymətlərlə əldə etməyinizə imkan yaradır!

Hisense televizorlar  və onların parametrləri

Hisense televizorları  rahat istifadəyə uyğun hazırlanmış, ağıllı texnologiyalar, yüksək yenilənmə tezliyi və real rəng ötürmə bacarığı ilə seçilir. Müştərilər televizor alarkən bütün bu parametrləri nəzərə alaraq, öz ehtiyaclarına uyğun modeli seçə bilərlər. Əsas diqqət edilməli olan parametrlər sırasına daxil olan:

  • Ekran Texnologiyası
  • Ağıllı Funksiyalar və Əməliyyat Sistemləri
  • Səs Texnologiyası və Səs Gücləndiricilər
  • Bağlantı İmkanları və Əlavə Funksiyalar

Bu parametrləri nəzərə alaraq siz ehtiyacınızı qarşılayacaq televizor modelinə sahib ola bilərsiniz. Daha detallı araşdırma etsək hər bir parametr dəstəyi bizə nələr verir öyrənə bilərik:

  • Belə ki, ekran texnologiyası dedikdə – ULED, QLED, OLED və LED panel seçimləri ilə fərqli görüntü keyfiyyətinə malik modellər nəzərdə tutulur. Bu modellər 4K və 8K Ultra HD dəstəyi ilə filmləri və oyunları daha real görüntü ilə izləmək imkanı yaradır. HDR dəstəyi isə izləmə zamanı daha parlaq və detallı vizual görüntü təqdim edir.
  • Ağıllı funksiyalar və əməliyyat sistemləri isə VIDAA, Android TV və Google TV platformaları, Netflix, YouTube və digər tətbiqləri asanlıqla işlətmək imkanı verir. Səsli idarəetmə və süni intellekt əsaslı axtarış funksiyalarına malik olan bu modellərin ağıllı funksiyalarla təchiz olunması bir üstünlük hesab edilir.
  • Səs texnologiyası və səs gücləndiricilər dedikdə, Dolby Atmos və DTS səs texnologiyası nəzərdə tutulur ki, onların sayəsində ev kinoteatrı effekti yaratmaq mümkündür. Ağıllı səs tənzimləmə funksiyası, istifadəçinin yerləşdiyi mühitə uyğun səs balansı qurmağa imkan yaradır.
  • Bağlantı imkanları və əlavə funksiyalar isə adından göründüyü kimi əlavə imkanlar deməkdir ki, bunlara Wi-Fi, Bluetooth və HDMI 2.1 dəstəyi, oyun konsolları və digər cihazlar aiddir. Game Mode və VRR dəstəyi, PlayStation, Xbox və digər gaming platformaları üçün optimallaşdırılmış bu imkanlar hər bir alıcı üçün üstün hesab edilir.

AE Union olaraq sizə ən uyğun Hisense televizor modelini seçmək üçün peşəkar dəstək təqdim edirik!

Hisense tv qiymetleri nəyə əsasən təyin edilir

Hisense televizorlarının qiyməti nəyə əsasən təyin edilir və ya qiymətlərə təsir edən əsas faktorlar hansılardır sualı bir çoxlarına maraqlıdır. Bu brendin təklif etdiyi televizorlar digər modellər kimi bir neçə amildən asılı olaraq təyin edilir. Sizin üçün sadalanan faktorları nəzərə alaraq, büdcənizə və ehtiyacınıza ən uyğun modeli tapa bilərsiniz. 

  • İlk olaraq əldə edəcəyiniz televizorun ekran ölçüsü və hansı texnologiyaya sahib olduğunu araşdırın.  Məsələn, 32 düymdən 85 düymə qədər müxtəlif ölçülər təqdim edilirsə, sizin üçün uyğun ölçünün seçilməsi vacibdir. Daha böyük ekran ölçüsü daha çox ödəniş deməkdir. Əldə edəcəyiniz modelin ULED, QLED, OLED hansı texnologiyaya sahib olduğunu öyrənin, bu seçimlər arasında da qiymət fərqi özünü biruzə verir. 
  • Daha sonra görüntü keyfiyyəti araşdırması edin. 4K və 8K dəstəkləyən modellər, Full HD televizorlara nisbətən daha bahalıdır.
  • HDR, Dolby Vision və Quantum Dot texnologiyalarına sahib olan televizorlar daha baha qiymətə təklif edilir.
  • Smart funksiyalar və əməliyyat sistemi də Hisense televizorlarının qiymətinə təsir edən amillər arasında yer alır. Google TV, Android TV və VIDAA əməliyyat sistemlərinə sahib televizorlar fərqli qiymət aralığında olur. Hətta səsli idarəetmə, Wi-Fi 6 və süni intellekt əsaslı optimallaşdırma funksiyaları qiymətə təsir edir.

Bu və digər amilləri nəzərə alaraq siz büdcənizə uyğun olan model seçimi edə bilərsiniz. Əgər seçim etmək sizin üçün çətindirsə o zaman peşəkar mütəxəssis dəstəyi də sizin üçün təklif edə bilərik. AE Union, Hisense televizor modellərini ən münasib qiymətlərlə sizə təqdim edərək, keyfiyyətli və sərfəli alış imkanı yaradır!