🌍 Mitsubishi Electric

Mitsubishi Electric, yüksək texnologiyalı məişət və sənaye avadanlıqları sahəsində lider mövqedə olan aparıcı şirkətlərdən biridir. Elektronika, avtomatlaşdırma, məişət texnikası və iqlim texnologiyaları üzrə qabaqcıl həllər təqdim edən bu şirkət 1921-ci ildən fəaliyyət göstərir. Mitsubishi Electric məhsulları, yüksək enerji səmərəliliyi, innovativ texnologiyalar və uzunömürlü istifadə imkanı ilə seçilir. Soyuducular, kondisionerlər, sənaye soyutma və isitmə sistemləri müasir standartlara uyğun hazırlanaraq, istifadəçilərə maksimum rahatlıq və qənaət imkanı yaradır. Şirkət ekoloji təmiz və enerjiyə qənaət edən texnologiyalar üzərində çalışaraq, müştərilərə keyfiyyət və innovasiyanı bir arada təqdim edir. Mitsubishi Electric məhsulları, ev və biznes üçün yüksək məhsuldarlıq və etibarlılığı təmin edir.

❄️ Mitsubishi soyuducuları 

Mitsubishi soyuducuları bir çox üstün cəhətləri ilə seçilir ki, bunlardan enerji səmərəliliyi, uzunömürlü dizayn və yüksək texnologiyalı soyutma sistemlərini qeyd edə bilərik. İnnovativ xüsusiyyətləri sayəsində qida təzəliyini uzun müddət qorumağa kömək edən bu soyuducular, istifadəçilərə rahatlıq yaradır. Əsas üstünlükləri sırasına nələr daxildir gəlin birlikdə nəzər yetirək:

🔹 Bu soyuducuların inverter texnologiyası daha az enerji istifadəsi ilə, daha çox səmərəlilik təklif edir. İnverter mühərrikləri, soyuducunun gücünü avtomatik tənzimləyir və enerji sərfiyyatını minimuma endirir. Mitsubishi Electric soyuducuları, ənənəvi modellərlə müqayisədə daha az elektrik sərf edir ki, bu da büdcə dostu hesab edilir.

🔹 Multi-Air Flow sistemi ilə bu soyuducular daxili tam olaraq yəni hər tərəfli soyutmağa qadirdir. Soyuducunun hər küncünə bərabər hava axını paylaması, ərzaqların daha uzun müddət təzə qalmasını təmin edir. Bu soyuducularda dondurucu və soyuducu bölmələrdə daimi olaraq optimal temperatur saxlanılır.

🔹 Antibakterial texnologiyası sayəsində havanın təmizliyini təmin edən bu soyuducular qoxuların və bakteriyaların qarşısını alır. Xüsusi filtrlərlə təchiz edilmiş bu soyuducu qidaların daha sağlam qalmasına kömək edir. Soyuducunun içərisində xoşagəlməz qoxuların yaranmasının qarşısını alır və meyvə-tərəvəzi uzun müddət qoruyur.

🔹 Geniş və funksional dizaynı isə istifadəçilərə daha çox saxlama yerictəmin edir. Müasir və erqonomik dizaynı, istənilən interyerə uyğun gəlir. Daha böyük saxlama bölmələri, qida məhsullarının səliqəli şəkildə yerləşdirilməsini təmin edir.

Mitsubishi soyuducuları, innovativ texnologiyalarla hazırlanaraq alıcılara uzunmüddətli istifadə və yüksək performans təmin edir. AE Union sizə ən son Mitsubishi soyuducu modellərini təqdim edir!

Mitsubishi kondisionerləri 

Mitsubishi

Mitsubishi kondisionerləri enerji səmərəliliyi, yüksək soyutma və isitmə gücü, eyni zamanda səssiz işləmə texnologiyası ilə fərqlənir. İstər ev, istərsə də ofis və sənaye obyektləri üçün Mitsubishi Electric kondisionerləri ideal modelləri ilə istifadəçiləri sevindirir. Hər ehtiyacı qarşılaya biləcək bu brendin istehsal etdiyi kondisionerlər bir çox üstün cəhətləri ilə məmnuniyyət hissi yaradır və alıcıların razı qalmasını təmin edir. Seçim edərkən diqqət edəcəyiniz xüsusiyyətlər sırasına nələr daxildir gəlin baxaq: 

  • Enerjiyə qənaət və optimal temperatur tənzimləməsi
  • Nano filtrlərin olması və havanın təmizliyini təmin etməsi
  • Səssiz işləmə texnologiyası
  • Telefon və ağıllı sistemlərlə tam uyğunlaşması

Adi kondisionerlərlə müqayisədə bu kondisionerlərin daha az enerji sərf etməsi, elektrik xərclərini azaldır. Daimi olaraq sabit temperatur saxlaması isə, ani istilik və soyuq dəyişikliklərinin qarşısını alır. Bu kondisionerlərdə bakteriya, virus və allergenlərin qarşısını alan filtrlər mövcuddur ki, bu da daha sağlam hava axını yaradır. Pis qoxuları aradan qaldırır və otaq havasını müntəzəm olaraq təmiz saxlayır. Xüsusi mühərrik sistemi sayəsində Mitsubishi kondisionerləri demək olar ki, səssiz işləyir. Gecə rejimi və ağıllı idarəetmə texnologiyası ilə istifadə rahatlığı yaradır. Wi-Fi və ağıllı idarəetmə sistemləri vasitəsilə istənilən yerdən kondisioneri idarə edə bilərsiniz. Smart texnologiyası sayəsində temperaturun avtomatik tənzimlənməsi, isti və soyuq hava axınının balanslaşdırılması ilə ideal iqlim şəraiti yaradır.

Mitsubishi Electric kondisionerlərini yayda və qışda rahatlıqla istifadə edə bilərsiniz. AE Union-da Mitsubishi kondisionerlərini ən sərfəli qiymətlərlə əldə edə bilərsiniz!