Palo Alto Networks haqqında

Palo Alto Networks, kibertəhlükəsizlik sahəsində dünya üzrə lider şirkətlərdən biri olaraq 2005-ci ildə təsis edilib. Şirkət, müasir texnologiyalar vasitəsilə bir çox müəssisələrə və fərdi istifadəçilərə məlumatların qorunması üçün xidmət təqdim edir. Palo Alto Networks, həm fiziki cihazlar, həm də bulud əsaslı təhlükəsizlik həlləri ilə fərqlənir. Eyni zamanda bu şirkət təhdidlərin qarşısını almaq üçün inkişaf etmiş metodlardan istifadə edir. Şirkətin əsas məqsədi, müştərilərin məlumatlarını kibertəhlükələrdən qorumaqdır. Palo Alto Networks, təhlükəsizlik platformalarını bir araya gətirərək, real vaxtda təhdidləri aşkar edir və uğurla qarşısını alır. Bu yanaşma şirkətləri məlumat sızıntılarından və təhlükələrdən qorumağa kömək edir.

Palo Alto Networks təhlükəsizlik platformaları və həlləri

Palo Alto Networks geniş təhlükəsizlik platformaları ilə tanınır. Onun məhsulları kiçik müəssisələrdən tutmuş iri korporasiyalara qədər xidmət göstərmək üçün nəzərdə tutulmuşdur. Bu şirkətin əsas təhlükəsizlik həllərinə aid bir neçə nümunə verək:

  • Palo Alto Networks-un NGFW texnologiyası, adi firewall-lardan fərqlənir. Əsas fərqi isə odur ki bu texnologiya yalnız şəbəkə trafiki idarə etməklə kifayətlənmir. O eyni zamanda, tətbiqləri tanıyır, istifadəçiləri idarə edir və şəbəkədəki real təhdidləri vaxtında müəyyən edir.
  • Bu şirkət, müştərilərinə bulud əsaslı məlumatların qorunması üçün yüksək səviyyəli təhlükəsizlik xidmətləri göstərir. Bu həllər müştərilərə məlumatların təhlükəsizliyini təmin etməklə yanaşı, əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır.
  • Endpoint təhlükəsizliyinə aid olan traps kimi məhsulları ilə Palo Alto Networks, fərdi cihazlarda təhlükəsizlik səviyyəsini artıra bilir. Bu texnologiyalar vasitəsi ilə viruslar, zərərli proqramlar və digər təhdidlər anında bloklanır.
  • Süni intellekt əsaslı təhlil vasitəsilə təhdidlər avtomatik olaraq aşkar edilir və analiz olunur ki, bu da, müştərilərə təhlükələri daha sürətli müəyyən etmək və müdaxilə etmək üçün imkan yaradır.
  • Palo Alto Networks, inteqrasiya olunmuş təhlükəsizlik platforması vasitəsilə bütün təhlükəsizlik həllərini birləşdirərək müştərilərə asan idarəetmə və maksimum qorunma imkanı təqdim edir.

Palo Alto Networks

Palo Alto Networks Firewall texnologiyası xüsusiyyətləri və üstünlükləri

Palo Alto Networks Firewall texnologiyası müasir təhlükəsizlik sistemlərinin təməlini təşkil edərək bir çox üstünlüklərə sahib olmuşdur. Onun əsas xüsusiyyətləri və üstünlükləri sırasına daxil olanbir neçə nümunə verək:

  • Firewall, trafiki yalnız IP və portlara görə yoxlamır, eyni zamanda o, tətbiqləri detallı analiz edərək və dəqiq müdafiə yaradaraq təhlükəsizliyi təmin edir. 
  • Firewall, istifadəçi fəaliyyətlərini izləyə və fərdi səviyyədə təhlükəsizlik tədbirləri alaraq, böyük şəbəkələrdə hər bir istifadəçini təhdidlərdən qoruyur.
  • Palo Alto Networks Firewall texnologiyası, zərərli proqramların şəbəkəyə daxil olmasını əngəlləyir, təhdidləri real vaxtda tanıyır və onların qarşısını alır. 
  • Firewall texnologiyası, müştərilərə hərtərəfli təhlükəsizlik təqdim edərək, fiziki və bulud əsaslı şəbəkələr üçün uyğunlaşdırılmışdır. 
  • Palo Alto Networks Firewall sistemləri, məhsuldarlığı artırır və işlərin sürətini yavaşlatmadan yüksək sürətli şəbəkələrdə belə məlumatların təhlükəsiz ötürülməsini təmin edir. 

Bu şirkət firewall texnologiyası və təhlükəsizlik platformalarını birləşdirərək müəssisələrin qarşılaşdığı təhlükələrə qarşı ən güclü müdafiə xidməti göstərir və bununla da müştərilər üçün təhlükəsiz iş mühiti yaradır.

Həmçinin AE Union Fortinet kibertəhlükəsizliyi xidmətini də ən yaxşı formada sizlərə təqdim edir.

Palo Alto Networks məhsulları – Hansı çözümlər təklif olunur?

Palo Alto Networks, kibertəhlükəsizlik sahəsində ən qabaqcıl texnologiyaları təqdim edən dünya liderlərindən biridir. Müasir dövrdə kiberhücumların artması ilə, hər bir müəssisə öz məlumatlarını qorumaq üçün yüksək səviyyəli təhlükəsizlik sistemləri axtarırlar. Palo Alto Networks, məhz bu ehtiyacları qarşılamaq üçün istifadəçilərə yeni texnoloji həllər təklif edir. Bu təkliflərdən bir neçəsini nümunə olaraq sadalayaq:

1️⃣ Yeni nəsil Firewall texnologiyası sistemləri şəbəkə təhlükəsizliyinin əsas sütunlarından biridir. Ancaq adi firewall-lar artıq inkişaf edən kiberhücumlara qarşı yetərsizdir. Palo Alto Networks NGFW (Next-Generation Firewall) isə daha ağıllı və effektiv qoruma sistemi təqdim edərək bu problemi aradan qaldırır. Misal olaraq, bir təşkilatın əməkdaşları internet üzərindən müxtəlif tətbiqlərə və saytlara daxil olursa, adi firewall yalnız IP ünvanlarını və portları bloklaya bilər. Lakin NGFW, istifadəçilərin hansı tətbiqdən istifadə etdiyini müəyyən edir və təhlükəli tətbiqləri bloklayır.

2️⃣ Bulud Təhlükəsizliyi – Prisma Cloud və Prisma Access, təşkilatların AWS, Microsoft Azure, Google Cloud kimi platformalarda təhlükəsiz fəaliyyət göstərməsinə kömək edir. Bulud texnologiyalarından istifadə edən müəssisələr üçün bulud təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Bu sistemlər sayəsində bütün məlumatlar şifrələnir, icazəsiz girişlərin qarşısı alınır və real vaxtda təhlükəsizlik işləri aparılır. Məsələn, bir şirkət uzaqdan işləyən 300 əməkdaşına Prisma Access vasitəsilə təhlükəsiz VPN bağlantısı təmin edə bilər. Bulud təhlükəsizliyi, onların məlumatlarını qoruyaraq istənilən yerdən təhlükəsiz işləməsinə imkan yaradır.

3️⃣ Endpoint Təhlükəsizliyi – Cortex XDR və FortiEDR, fərdi cihazların qorunmasını təmin edən sistemdir. Palo Alto Networks Cortex XDR, süni intellekt vasitəsilə zərərli proqramları anında aşkar edərək bloklayır. Misal olaraq, bir işçinin noutbukuna e-poçt vasitəsilə gələn zərərli faylın daxil olmasını göstərək. Ənənəvi antivirus bunu gec aşkarlaya bilər. Ancaq Cortex XDR, faylın şübhəli fəaliyyətini analiz edərək dərhal bloklayır və təhlükənin olduğunu IT komandasına xəbərdar edir.

4️⃣ Süni İntellekt və Təhlükə Analizi – Cortex XSOAR, süni intellekt və avtomatlaşdırılmış analiz sistemləri vasitəsilə yaranmış təhdidləri aşkarlayaraq qarşısını ala bilir. Cortex XSOAR, bu təhlükələri avtomatik olaraq analiz edir və gün ərzində 100-dən çox təhlükə bildirişini IT komandasına yönləndirir.

☁️Palo Alto Networks və Bulud Təhlükəsizliyi – Şirkətlər üçün ən yaxşı seçim

Texnologiyanın inkişafı ilə bir çox biznes sahəsi sürətlə bulud texnologiyalarına keçid edir. Bu, iş proseslərini səmərəli etməklə yanaşı, məlumatların uzaqdan idarə olunmasını asanlaşdırır. Lakin bu eyni zamanda yeni təhlükəsizlik risklərini də ortaya çıxarır. Palo Alto Networks, məhz bu problemləri həll etmək üçün bulud təhlükəsizliyi həlləri təklif edir. Palo Alto Networks, kibertəhlükəsizlik və bulud təhlükəsizliyi sahəsində ən güclü həlləri təklif edən qlobal liderlərdən biridir. Onun innovativ təhlükəsizlik sistemləri müəssisələri və fərdi istifadəçiləri məlumat sızıntılarından, haker hücumlarından və zərərli proqramlardan qorumağa kömək edir. Şirkətlər Palo Alto Networks həlləri sayəsində IT təhlükəsizliyini maksimum səviyyəyə qaldıra bilir. Eyni zamanda, şirkətlərin məlumatlarını qoruyaraq kibertəhlükələrlə mübarizə apara bilər. Bulud təhlükəsizliyinin əsas riskləri hansılardır və Palo Alto Networks həlləri bu təhlükəni ortadan qaldırmaq üçün bizə nələri verir?

🔸 Məlumat sızıntısı riskini azaldır: Bulud mühitlərində saxlanılan həssas məlumatlar sızma riski ilə üzləşə bilər. Prisma Cloud, məlumatların təhlükəsizliyini təmin edərək icazəsiz girişlərin qarşısını alır.

🔸 Haker hücumlarının qarşısının alınması: Hakerlər zəif qorunan bulud hesablarına hücum edərək böyük şirkətlərin məlumatlarını oğurlaya bilər. Prisma Access, çoxqatlı şifrələmə və təhlükəsiz giriş imkanları ilə bu cür hücumların qarşısını alır.

🔸 Şəbəkə hücumlarına qarşı etibarlı müdafiə: Bulud sistemlərinə edilən DDoS hücumları sistemlərin işləməsini poza bilər. Cortex XSOAR, bu hücumları avtomatik analiz edərək onların qarşısını real vaxtda ala bilir.

🔸 Təhlükəsiz fərdi bağlantılar təmin edir: Uzaqdan işləyən işçilərin təhlükəsiz şəbəkə əlaqəsinə ehtiyacı var. Prisma Access, işçilərin istənilən yerdən təhlükəsiz girişini təmin edir.

Palo Alto Networks həlləri, müasir bizneslərin və dövlət qurumlarının etibar etdiyi ən qabaqcıl kibertəhlükəsizlik platformalarından biri kimi özünü sübut etmişdir.