IT Software nə deməkdir? Proqram təminatı mənasını daşıyan IT Software, kompüterlər və digər cihazlar üçün müxtəlif işləri yerinə yetirən proqramlardır. O, cihazların düzgün işləməsini təmin edərək, məlumatların işlənməsi və idarə edilməsini asanlaşdırır. Proqram təminatının iki əsas növü var ki, bunlardan biri sistem proqram təminatı və digəri tətbiqi proqram təminatıdır. Sistem proqram təminatı cihazın işləməsini təmin edən əsas vasitələrdir. Tətbiqi proqram təminatı isə istifadəçilərin spesifik ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuş proqramlar toplusudur. Bilməyiniz vacibdir ki, IT Software və ya proqram təminatı olmadan kompüterlər və digər cihazlar işləyə bilməz. İstər oyun oynamaq, istərsə də bir sənədi redaktə etmək üçün uyğun proqram təminatına hər zaman ehtiyac var.

Proqram təminatı

Proqram təminatı, kompüterləri və digər cihazları idarə etmək üçün istifadə olunan vasitələrdir. Biz bilirik ki, əməliyyat sistemləri olan Windows, macOS, Linux cihazın əsas işlərini təmin edir. Bundan əlavə ofis proqramları, dizaynerlərin istifadə etdiyi vasitələr və oyunlar kimi tətbiqi proqramlar istifadəçilərin fərdi ehtiyaclarını ödəyir. Proqram təminatı həm fərdi şəxslər, həm də müəssisələr üçün əvəzsizdir. Müəssisələr üçün məlumatların idarə edilməsi, analiz və hesabat hazırlamaq üçün xüsusi proqramlar böyük üstünlükdür. Ümumiyyətlə proqram təminatı müasir dövrdə işlərin idarəsini asanlaşdıran və sürətləndirən vasitələrdir.

Bulud proqram təminatı

Bulud proqram təminatı, məlumatların və proqramların internet üzərindən işlədilməsi üçün nəzərdə tutulmuş texnologiyadır. Ənənəvi proqramlardan fərqli olaraq, istifadəçi proqramı birbaşa cihazına yükləmək əvəzinə, ona internet vasitəsilə daxil olur. Bulud proqram təminatının üstünlüyü də elə budur. Başqa üstünlüklərinə gəldikdə isə qeyd edə bilərik ki, bulud proqram təminatı istifadəsi bizə fayllarımıza istənilən yerdən giriş imkanı verir. Bu necə baş verir? İstifadəçilər internet bağlantısı olan hər yerdən proqram və məlumatlarına daxil ola bilərlər. Daha başqa üstünlüklərdən xərclərə qənaəti göstərə bilərik. Bulud xidmətləri üçün istifadəçilər yalnız istifadə etdikləri resurslar üçün ödəniş edirlər. Daha başqa bir üstün cəhət onların avtomatik yenilənməsidir. Belə ki, bulud proqramları avtomatik olaraq yenilənir və istifadəçilər son versiyadan faydalanırlar.

IT Software-in əhəmiyyəti

IT Software-in əhəmiyyəti nədir? Proqram təminatı, müasir dünyada işlərin düzgün və səmərəli şəkildə yerinə yetirilməsində əsas rol oynayır. Onun əhəmiyyəti bir çox sahələrdə özünü təsdiq edir. Bu sahələrə biznes, tədris, səhiyyə və bir çox başqa sahələr daxildir. Biznes ilə məşğul olan şirkətlər məlumatların idarə edilməsi, hesabatların hazırlanması və müştəri əlaqələrinin qurulması üçün proqram təminatına etibar edir. Tədris və təhsildə virtual siniflər, onlayn dərslər və öyrənmə platformaları proqram təminatı ilə mümkün olur. Səhiyyə sahəsinə gəldikdə qeyd edə bilərik ki, xəstə məlumatlarının idarə edilməsi, analizlərin aparılması və tibbi avadanlıqların idarə olunmasında proqram təminatından geniş şəkildə istifadə edilir. Sadaladığımız bu məlumatlar IT Software-in əhəmiyyətini bir daha sübut edir və əminlik yaradır ki, proqram təminatı olduqca əhəmiyyətlidir.

Proqramlaşdırma təminatı

Proqramlaşdırma təminatı, kompüter proqramlarının yaradılması üçün istifadə olunan vasitələrdir. Bu təminat, proqramçıların kod yazmasını və onu test etməsini təmin edən platformalardır. Məsələn, Python, Java və C++ kimi proqramlaşdırma dilləri və bu dilləri işlətmək üçün istifadə olunan alətlər proqramlaşdırma təminatına aiddir. Proqramlaşdırma təminatı, innovasiyaların və yeniliklərin inkişafı üçün əsas vasitədir. Onun vasitəsilə yeni tətbiqlər, oyunlar və sistemlər hazırlanır. Proqramlaşdırma təminatına yetəri qədər sahib olan mütəxəssilər bu sahədə öz sözlərini deyərək, yeniliklərə daim imza atırlar. 

Sistem proqram təminatı

Sistem proqram təminatı, kompüterin əsas işlərini idarə edən proqramlardır. Bu proqramlar, cihazın hardware hissələri ilə düzgün işləməsini təmin edir və istifadəçilərə digər proqramlardan istifadə etmək üçün əsas mühit yaradır. Məsələn, əməliyyat sistemi istifadəçilərin cihazla əlaqə qurmasını təmin edən vasitədir. O, məlumatların saxlanması, printerlər və digər cihazların idarə edilməsi kimi əsas funksiyaları təmin edir. Sistem proqram təminatı ilə günümüzdə bir çox işlər öz həlli yolunu tapır. Əgər sistemləşdirilmiş bir proqram təminatı olmasa nə baş verər deyə düşünmək olar. 

Tətbiqi proqram təminatı

Tətbiqi proqram təminatı, spesifik ehtiyacları qarşılamaq üçün hazırlanmış proqramlardır. Microsoft Word, Excel, Adobe Photoshop və sosial media tətbiqləri olan Instagram, Facebook bu kateqoriyaya daxildir. Bu proqramlar, istifadəçilərə məhsuldarlığı artırmaq, məlumatları idarə etmək və əyləncə üçün müxtəlif imkanlar yaradır. Məsələn, bir şirkət, hesabat hazırlamaq üçün Excel istifadə edərkən, bir fərdi istifadəçi Photoshop vasitəsilə şəkil redaktə edə bilər. Hər bir proqram təminatı növü özünəməxsus əhəmiyyət daşıyır və müasir həyatın ayrılmaz bir hissəsinə çevrilib. Onlar işlərin səmərəli şəkildə yerinə yetirilməsini təmin edərək həyatımızı daha rahat edir. Tətbiqi proqram təminatı hal-hazırki zamanda ən çox tələb görən ehtiyacdır deyə bilərik.