Kibertəhlükəsizlik sahəsində Fortinet lider şirkətlərdən biridir. Fərdi şəxslər, bizneslər və təşkilatlar üçün effektiv təhlükəsizlik yolları təqdim etmək onun əsas məqsədidir. Bu şirkət kibertəhlükəsizlik sahəsində qabaqcıl texnologiyalar və innovativ məhsulları ilə tanınır. Fortinet şirkəti təhlükəsiz ekosistem qurmaq üçün istifadəçilərinə məhsulların geniş çeşidini təklif edir. Bu ekosistemi qurmaq üçün məhsul çeşidlərini sizə təqdim edək. Şəbəkəni xarici hücumlardan qorumaq üçün nəzərdə tutulmuş Firewall sistemləri həm daxili, həm də xarici təhdidlərə qarşı güclü müdafiə yaradır. Bundan əlavə Fortinet bulud əsaslı xidmətlər üçün təhlükəsizlik həlləri təqdim edərək, məlumatların qorunmasını təmin edir. Bulud təhlükəsizliyi texnologiyası, məlumatların internetdə təhlükəsiz şəkildə saxlanmasına kömək edir. Kompüterlər, mobil cihazlar və digər sistemləri qorumaq üçün inkişaf etdirilmiş Endpoint təhlükəsizlikyi sayəsində cihazların təhdidlərdən maksimum dərəcədə qorunması təmin edilir. Fortinet kibertəhlükəsizlik məhsulları, yalnız təhdidləri aşkar etmir, eyni zamanda bu təhdidlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür. Sual verə bilərsiniz ki, bu necə baş verir? Fortinet şəbəkə hücumlarını və məlumat sızıntılarını süni intellekt və avtomatlaşdırılmış sistemlərdən istifadə etməklə öncədən aşkar edir.
İT təhlükəsizliyi Fortinet ilə
Fortinet, təhlükəsizlik sahəsində öndə gedən şirkətlərdən biridir. Şirkət, təhlükəsiz və səmərəli həllər təklif edərək, böyükdən kiçiyə bütün biznes sahələrinə dəstək göstərir. Fortinet şirkətinin təklif etdiyi məhsullar, məlumatların qoruması ilə yanaşı, təhlükəsizlik sistemlərinin idarə edilməsini də asanlaşdırır. İstifadəsi asan olan Fortinet platformaları, idarəetmə panelləri vasitəsilə istifadəçilərə real vaxtda təhlükəsizlik vəziyyətini izləməyə imkan verir. Bu idarəetmə panelləri, şirkətlərə mümkün hücumları vaxtında müəyyənləşdirmək və cavab vermək imkanı yaradır. Fortinet-in üstünlüklərindən biri də onun kiçik müəssisələrdən tutmuş iri korporasiyalara qədər hər kəs tərəfindən asanlıqla idarə edilə bilməsidir. Hər kəs bu texnologiyaları öz ehtiyacına uyğun şəkildə istifadə edə bilər. AE Union şirkəti, Fortinet kibertəhlükəsizlik şirkətinin rəsmi distribyutoru kimi, müştərilərinə bu qabaqcıl texnologiyaları əlçatan edir. Bizim şirkət, eyni zamanda istifadəçilərə texniki dəstək və quraşdırma xidmətləri ilə yüksək keyfiyyətli xidmət göstərir. Bu sayədə istifadəçilər məlumatların maksimum təhlükəsizliyini təmin edə və daha güvənli iş mühiti qura bilərlər. Fortinet ilə kibertəhlükəsizlik artıq çətin olmayacaq. Bu texnologiyalardan faydalanaraq hər biriniz ehtiyac olan sahələrdə təhlükəsizlik səviyyələrini yüksəldə bilərsiniz.